"Çox çətin rəqiblə qarşılaşacağıq"
Milli Yol apasport.az-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Azərbaycan çempionunun çalışdırıcısı klubun feysbuk səhifəsinə açıqlamasında Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkatmasını dəyərləndirib.
Qurbanov Sloveniya çempionu "Olimpiya"nı güclü rəqib hesab edir: "Belə rəqiblə qarşılaşmaya pley-off matçı kimi meydana çıxacağıq. Artıq bu gündən rəqibi analiz etməyə başlayacağıq ki, oyuna qədər maksimum hazır olaq. Əlimizdən gələni etməyə çalışacağıq. Bizə ən çətin və gözlənilməz rəqib düşdü".
Qeyd edək ki, ilk oyun iyulun 10-11-də Lyublyanada, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.
Digər xəbərlər
loading...