Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara ölkədə üçüncü Atom Elektrik Stansiyasını (AES) tikmək niyyətindədir
Bu barədə Türkiyə lideri gənclərlə görüşündə bildirib.
“Biz yalnız “Ağquyu” layihəsi ilə kifayətlənməyəcəyik. Həmçinin üçüncü Atom Elektrik Stansiyasını tikəcəyik. “Ağquyu” bizim enerjiyə olan tələbatımızın 10 faizini ödəyə bilər. “Sinop”un işə salınmasından sonra (Türkiyədə ikinci AES layihəsi-red) atom enerjisinin köməyi ilə biz enerji tələbatımızın təmin edilməsini daha da yaxşılaşdıracağıq”, – deyə Ərdoğan bildirib.
Dövlət başçısının sözlərinə görə, Türkiyə özünün xüsusi AES-ini tikəcək/Report.
MilliYol.Az
Digər xəbərlər
loading...