Makedoniya hökuməti ölkənin Şimali Makedoniya Respublikası adlanacağı barədə Yunanıstanla imzalanmış razılaşma ilə bağlı qanun layihəsini təsdiqləyib
Bundan sonra layihə ratifikasiya üçün parlamentə təqdim olunacaq.
Saziş hər iki ölkənin daxili prosedurlarla sənədi təsdiq etməsindən sonra qüvvəyə minəcək.
Yeni qərar ölkədə etirazlarla qarşılanıb.
Qeyd edək ki, dünən Yunanıstan və Makedoniya xarici işlər nazirləri Nikos Kotzias və Nikola Dimitrov keçmiş yuqoslav respublikasının Şimali Makedoniya Respublikası adlanacağı barədə razılaşma imzalayıblar.
Yunanıstan və Makedoniya arasında adla bağlı mübahisə 25 ildən artıqdır ki davam edir və bu ziddiyət Makedoniyanın NATO və Avropa İttifaqına üzvlüyünə mane olur. Afina qonşu respublikanın adını Yunanıstanın Makedoniya vilayəti ilə qarışdırmamaq üçün dəyişdirməyi tələb edir. (virtualaz.org)
Digər xəbərlər
loading...