Sağlamlıq problemlərindən uzaq, uzun bir həyat sürmək istəyirsinizsə qida seçiminə diqqət etməlisiniz
Əksər insanlar daha çox meyvə və tərəvəzlə qidalanmağın xeyirli olduğunu düşünürlər.
Halbuki bəzi qidalar digərləri ilə müqayisədə insan həyatını daha çox uzadır.
Teleqraf.com həmin qidaları təqdim edir:
Qoz yemək ürək və xərçəng xəstəliyi riskini azaldır. Qoz bağırsaqda bakteriyaları da təmizləyir.
Omeqa-3 tərkibli qidalar ürək xəstəlikləri, yaşlanma dövründə yaddaş pozğunluğuna qarşı müqaviməti gücləndirir. Bu tərkibli qidalara som və tuna balıqları, kətan yağı, brokoli və ispanaq daxildir.
Bütün taxıl qidaları ürək xəstəliyi riskini, xolesterol səviyyəsini və ölüm riskini azaldır. Gündə bütün taxıl qidalarından üç dəfə yedikdə ölüm riski 20 faiz düşür.
Arşdırmalara görə, qəhvə içmək də insan həyatını uzadan qidalar sırasındadır.
Acı şokolad yüksək qan təzyiqini azaltmaqla yanaşı ürək xəstəliklərinin də qarşısını alır.
Digər xəbərlər
loading...