Goranboyda zəhərlənmə faktı qeydə alınıb
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Abbasqulular kənd sakini 1981-ci il təvəllüdlü Mirzəyeva Ofelya Hətəm qızı kimyəvi yuyucu dərman preparatı ilə zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib. Qadının sözlərinə görə, o həyat yoldaşı ilə dalaşdığı üçün yuyucu toz qatılan su içərək zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
loading...