“Öz istəyimlə postumdan gedirəm”
Ermənistanda həbs olunmuş erməni generalı, deputat Manvel Qriqoryanın oğlu Karen Qriqoryan şəhər meri postundan istefa verdiyini bəyan edib.
Strateq.az bildirir ki, bu barədə Karen Qriqoryan Facebook səhifəsində yazıb: “Mən, Karen Qriqoryan öz istəyimlə vəzifəmdən istefa verirəm”.
K.Qriqoryan Vaqarşapat şəhərinin meri vəzifəsini tuturdu. Onun atası, general Manvel Qriqoryan dünən xüsusi xidmət orqanları tərəfindən həbs olunub. Deputat qeyri-qanuni silah saxlamaqda ittiham olunur.
Digər xəbərlər
loading...