Futbol üzrə dünya çempionatında dördüncü oyun gününə E qrupunun Kosta-Rika – Serbiya matçı ilə start verilib
“Report”un məlumatına görə, Samaradakı eyniadlı arenada təşkil olunmuş qarşılaşmanın taleyini bir qol həll edib.
56-cı dəqiqədə Aleksandar Kolarov cərimə zərbəsi ilə fərqlənərək, Serbiyaya qələbə qazandırıb – 1:0. Bu, dünya çempionatı start götürəndən sonra 9-cu oyunda 4-cü minimal hesablı qalibiyyət olub.
Görüşün sonu serbiyalı Nemanya Matiçin Kosta-Rika millisinin məşqçisi ilə top üstündə toqquşması ilə yadda qalıb. Münaqişə hakimlərin və digər futbolçuların müdaxiləsindən sonra aradan qaldırılıb.
Qrupun digər oyunu Braziliya və İsveçrə yığmaları arasında keçiriləcək. Rostov-Dondakı “Rostov Arena”da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.
Digər xəbərlər
loading...