Sentyabrın 2-də Təhsil Nazirliyində ali təhsilə həsr olunmuş kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən MilliYol.Az-a verilən məlumata görə, tədbirdə kollegiya üzvləri ilə yanaşı, nazirliyin müvafiq struktur bölmə rəhbərləri, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.
Kollegiya iclasında nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinin 2016-2017-ci tədris ili üzrə ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələrinin təhlili, təhsil müəssisələrində təhsil haqqının ödənilməsi, tələbə köçürülmələri, ali təhsil müəssisələri ictimaiyyətlə əlaqələr müstəvisində mövzuları üzrə məruzələri dinlənilib. Daha sonra Azərbaycan Texnologiya Universitetinin 2015-2016-cı tədris ilindəki fəaliyyətinə və Azərbaycan-Fransa Universiteti layihəsi üzrə görülən işlərin cari vəziyyətinə dair hesabatlar dinlənilib.
Təhsil naziri Mikayıl Cabbarov kollegiya iclasında çıxış edərək məruzə olunan mövzularla bağlı fikirlərini bildirib. Nazir son üç ildə ali təhsil müəssisələrinə tələbə qəbulunun kəmiyyət və keyfiyyət göstəricilərindən söz açıb, habelə təhsilalanların ölkə daxilində və xaricdə yerləşən bir ali təhsil müəssisəsindən, yaxud bir ixtisasdan digərinə köçürülməsi məqsədilə istifadəyə verilən elektron portalın (https://transfer.edu.az) əhəmiyyətini vurğulayıb.
İclasın sonunda bir sıra cari təşkilati məsələlər müzakirə olunub, Bakı Slavyan Universitetində aparılan təmir işlərinə zəruri nəzarətin təmin edilməyərək qanunvericiliyin tələblərinin və icra intizamının pozulmasına görə həmin təhsil müəssisəsinin rektoru Nurlana Əliyevaya ciddi xəbərdarlıq elan edilib.
MilliYol.Az
Digər xəbərlər
loading...