Neftin qiymətləri geosiyasi münaqişələr və böyük tələbat səbəbindən yüksək qalacaq
“Report”un məlumatına görə, bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin hesabatında qeyd olunub.
Bununla belə, “Fitch” hesab edir ki, 2020-ci ilə qədər neftin qiyməti 60 dollara qədər azala bilər: “Brent”in qiyməti 2018-ci ildə bir barelə görə 70 dollar, 2019-cu ildə isə 65 dollar təşkil edəcək”. Agentlik əvvəlki proqnozlarda 2018-2019-cu illərdə “Brent” neftinin qiymətini 57,5 dollar səviyyəsində proqnozlaşdırırdı.
Uzunmüddətli proqnozlara gəlincə, “Fitch”in analitikləri 2020-ci ildə “Brent” neftinin qiymətinin 57,5, WTI neftinin qiyməti isə 55 dollar təşkil edəcəyini vurğulayırlar: “Bununla belə, gözləntilərdən istehsalat xərclərinin artması nəticəsində yaranan inflyasiya neft qiymətlərini gözləntilərimizdən də yüksək səviyyəyə qaldıra biləcək. Eyni zamanda çox şey istehsalçıların yüksək neft qiymətləri şəraitində effektivliyini qoruyub saxlamaq bacarığından da asılıdır”.
MilliYol.Az
Digər xəbərlər
loading...