İran prezidenti Həsən Ruhani Ramazan bayramı münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib
İranın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, məktubda o, Fitr bayramı münasibətilə Azərbaycan prezidentini və Azərbaycan xalqını təbrik edib. “Büsbütün sevinc və mərhəmətlə dolu olan bu bayram günü, həmçinin ilahi itaətkarlıqdan ibarət olan Ramazan ayında müsəlman ümmətinin öz saflığına qayıdışını arzulayır, insaniyyət yolunda kamillik zirvəsinə nail olmasını təmənna edirəm!
Ümid edirəm ki, bu əziz bayramın ictimai ibrətlərindən nəticə alaraq, müsəlmanların qəddarlıq və radikallıqla mübarizə aparmasına, eləcə də, onların öz mənafelərini güdən və əhd-peymanları pozan hegemon qüdrətlərin qarşısında birləşməsinə, həmçinin bütün dünyada sülh və əmin-amanlığın hakim olmasına qadir ola bilərik”, - deyə məktubda bildirilir.
MilliYol.Az
Digər xəbərlər
loading...