1200-dən çox britaniyalı azarkeşə dünya çempionatının oyunları üçün Rusiyaya getmək qadağan olunub
“Report” “İndependent” nəşrinə istinadən xəbər verir ki, səbəb həmin fanatların əvvəlki yarışlarda qeyri-etik hərəkətlər etməsidir.
Polis rəisinin müavini Markr Roberts bildirib ki, dünya çempionatı başlamadan öncə keçmiş turnirlərdə düzgün hərəkət etməyən şəxslərə qarşı əməliyyat təşkil olunub.
Qeyd edək ki, İngiltərə dünya çempionatında Tunis, Belçika və Panama ilə birgə G qrupunda mübarizə aparacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...