Son günlər Azərbaycan ordusunun Naxçıvan istiqamətində yeni mövqelərdə möhkəmlənməsi, raket qoşunlarının yeni hərbi bazasının açılışı və orada “Polonez”, LORA raketlərinin nümayişi, habelə artilleriya-raket bölmələrinin döyüş atışlı təlimləri Ermənistanda ciddi təşviş yaradıb
Virtualaz.org xəbər verir ki, erməni ekspert çevrələri və rəsmi dairələri Azərbaycanın irimiqyaslı hücum əməliyyatlarına hazırlaşdığı barədə bəyanatlar səsləndirir, yaranmış vəziyyətin 2016-cı ilin aprel döyüşləri ərəfəsini xatırlatdığını deyirlər.
Məsələn, iki gün əvvəl qondarma “dqr müdafiə nazirliyi” Azərbaycan qoşunlarının” təmas xəttinin bir neçə istiqamətində cəmləşdirildiyi” barədə növbəti həyacanlı bəyanat yayıb. Və bu bəyanatı videogörüntülərlə gücləndirməyə çalışıb. Pilotsuz uçan aparatdan çəkilmiş görüntülərdə Azərbaycan ordusunun artilleriya bölmələrinin, canlı qüvvəsinin və zirehli texnikasının hərəkəti əks olunur.
Lakin bu erməni tərəfinin təşvişlə bəyan etdiyi kimi hansısa qüvvə cəmləşdirilməsi deyil və Azərbaycan ordusunun bölmələrinin gündəlik təlim-məşq tapşırıqlarını icra etmək üçün daimi dislokasiya yerlərin tərk etməsi ermənilərdə müharibə hazırlığı kimi qarşılanırsa bu elə də pis deyil. Bu düşmən sıralarında ciddi təşvişdən xəbər verir.
Əlbətdə, erməni tərəfi Azərbaycanın təmas xəttində qoşun cəmləşdirməsi barədə narahatlıqlarını Yerevanda səfərdə olan Minsk Qrupu həmsədrləri ilə də bölüşüb. Ermənistan müdafiə naziri David Tonoyan və xarici işlər naziri Zöhrab Mnatsakanyan həmsədrlərlə bu haqda danışıblar.
Yaxud özünü qondarma “dqr prezidentinin müşaviri” kimi təqdim edən hansısa Tiqran Abramyan deyir ki, Azərbaycan təmas xəttində iyunun 12-dən bəri kəskin fəallaşıb. Onun sözlərinə görə, ay ərzində ilk dəfə Azərbaycan ordusunun xüsusi texnikasının ön xəttə irihəcmli yerdəyişməsi müşahidə olunub.
Qeyd edək ki, həmin gün Azərbaycan ordusunun raket-artilleriya bölmələri təmas xəttinə yaxın poliqonlardan birində döyüş atışlı təlimlər keçirmişdi və belə görünür ki, ermənilər təlim poliqonuna hərəkət edən bölmələri kvdarakopterlə müşahidə edib ciddi sarsıntı keçiriblər.
“Fəallaşma müxtəlif cür təzahür edib. Əvvəlcə biz hərbi texnikanın hərəkətini müşahidə etdik. Sonra xüsusi təyinatlıların və snayperlərin görünməmiş aktivliyi başladı”-Abramyan “Sputnik Armenia” agentliyinə deyib. Onun sözlərinə görə, paralel olaraq Azərbaycan informasiya cəbhəsində də fəallaşıb, “Polonez” və LORA raketlərini nümayiş etdirib və bütün bunlar ictimaiyyətin müharibəyə hazırlanmasından xəbər verir.
Azərbaycan ordusunun Naxçıvan istiqamətində irəliləməsi, Yerevan-Gorus-Laçın yoluna nəzarət etməyə imkan verən yeni strateji yüksəklikdə möhkəmlənməsi də Ermənistanda isterik reaksiyalar doğurmaqdadır. Ermənistan Demokrat Partiyasının sədri, keçmiş baş nazir Aram Sərkisyan mətbuat konfransı keçirərək deyib ki, Yerevan Naxçıvan istiqamətində baş verənlərlə bağlı KTMT-yə müraciət etməlidir. Sərkisyana görə Azərbaycan tərəfi danışıqlardan əlini üzüb və bu kontekstdə Naxçıvanda görülən hazırlıqlar narahatlıq doğurmaya bilməz. “Erməni tərəfi məsələni xarici partnyorları ilə müzakirə etməlidir. Qabağa oynamaq lazımdır, bir an da olsun ləngiməyə yol vermək olmaz”-o deyib.
Xarici işlər nazirinin keçmiş müavini Arman Navasardyan isə Naxçıvanda “Azərbaycan-Türkiyə hərbi fəallaşması” barədə beynəlxalq konfrans çağırılmalıdır.
Ermənistan Müdafiə Nazirliyi isə Naxçıvan istiqamətində baş verənlər barədə həftələrdir hökm sürən təşvişi yatırmağa çalışsa da buna müvəffəq ola bilmir. Nazirlik bu günlərdə vəd edib ki, jurnalistlərin sərhədin həmn istiqamətinə press-turunu təşkil edəcək və ictimaiyyəti “xüsusi narahatlıq üçün əsas olmadığına” əmin edəcək. Amma bu press-turun nə vaxt təşkil ediləcəyi məlum deyil.
MilliYol.Az
Digər xəbərlər
loading...