«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) müdafiə nazirinin köməkçisi vəzifəsini icra edən Tomas Harvi bəyan edib ki, ABŞ Rusiya ilə dialoqa can atır ki, Moskva Vaşnqtonun hədəf və niyyətlərini anlaya bilsin
Onun sözlərinə görə, ABŞ «Rusiya ilə təmaslarda maraqlıdır», amma onun üçün yox ki, münasibətlərin «business as usual» (işlərin adəti üzrə aparılması) vəziyyətinə qayıdılsın.
«Biz, ruslarla strateji dialoqa can atırıq ki, əmin olaq – onlar bizim niyyət və hədəflərimizi anlayırlar. Biz, gərinliyin azaldlmasnın tərəfdarıyıq» – deyə, Vaşinqtonda təhlükəsizlik və Avropa İttifaqının müdafiəsi məsələlərinə həsr olunmuş simpoziumda Harvi bildirib.
O, hesab edir ki, ABŞ-n Avropada hərbi iştirakı Rusiyaya yönəlik provakasiya deyil.
«Rusiya bunu provakasiya kimi xarakterizə edib, ancaq bizim mövqeyimiz bundan ibarətdir: müttəfiqlərimizin (NATO – red.) müdafiəsini təmin etmək yolunda tədbirlərin görülməsi vacibdir. Əgər son 25 ilin hadisələrinə diqqəltə yanaşsanz, bizim Rusiya üçün təhdid olduğumuzu düşünmək üçün gərək, paranoik olasnız…» – deyə, Pentaqon nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Rusiya təhlükəni vahid və güclü NATO-nun olmasında görür.
MilliYol.Az
Digər xəbərlər
loading...