“Tərtər rayonunun yaşayış məntəqələrinin erməni silahlı bölmələri tərəfindən atəşə tutulması hazırda davam edir”. Bunu Trend-ə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.
M.Məmmədov deyib ki, ermənilər artilleriyadan Tərtər rayonunun Qəzyan kəndinin ərazisini atəşinə tuturlar: "Atışma davam edir. Mərmilər əkin sahələrinə düşüb".
Qeyd edək ki, bu gün Müdafiə Nazirliyinin yaydığı məlumatda saat 18:20 radələrindən etibarən Ermənistan silahlı bölmələri tərəfindən Tərtər rayonunun Qəzyan kəndinin ərazisi 120 millimetrlik minaatanlardan atəşə tutulmağa başlayıb.
"Milli Yol"
Digər xəbərlər
loading...