“Azərbaycanda 200 manatlıq əskinaslara çəkilən xərc 100 manatlıq əskinaslara çəkilən xərclə eynidir. Ümumiyyətlə isə əskinaslara çəkilən xərcər daim azalır”
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.
“200 manalıq əskinasların buraxılması dövlət xərcərinin azaldılmasına, dövriyyənin azaldılmasına da təsir edir. Bu əskinaslar artıq dövriyyədədir. İstənilən bank istənilən həcmdə sifariş yerləşdirib təhvil ala bilər. Lakin bu əskinaslar üçün daha yüksək tarif dərəcəsi – 0,2%, digər əskinaslar üçün 0,1% müəyyən edilib. Banklar istəsələr daha aşağı tariflə 50-100 manatlıq əskinaslar götürə bilərlər”, – o deyib.
Sədrin sözlərinə görə, hazırda əsas məqsəd dövriyyədə nağd pulun xüsusi çəksiini azaldılmasıdır. Bundan başqa, E.Rüstəmov deyib ki, əgər hazırkı inflyasiya səviyyəsi qalarsa, ilin sonunda uçot dərəcəsinin 8% olması komfot zona hesab edilə bilər: “Lakin son rübdə mövsümi amillərdən asılı olaraq inflyasiya aktivləşməsi baş verir. Belə olan halda bu komfort zona bir qədər arta bilər. Yəni 8-10%-i komfort zona hesab edirik”.
MilliYol.Az
Digər xəbərlər
loading...