"Biz Yevlax, Mingəçevir və Ağsunun timsalında icbari tibbi sığortanın uğurlu olması qənaətinə gəlmişik. Güman edirəm ki, yaxın illərdə icbari tibbi sığorta bütün ölkə miqyasında həyata keçiriləcək"
APA-nın məlumatına görə, bunu baş nazirin müavini Əli Əhmədov bildirib.
Ə. Əhmədov deyib ki, icbari sığortanın hər bir rayonda həyata keçirilməsi üçün lazımi baza yaradılır: "Payızda Milli Məclisə icbari tibbi sığorta ilə bağlı yeni qanunlar, qanunlara dəyişikliklər təqdim ediləcək. Bu qanun layihələri qəbul olunduqdan sonra Azərbaycan miqyasında icbari tibbi sığortanın tətbiqi mümkün olacaq. Pilot layihələr icbari tibbi sığorta ilə bağlı bir mərhələdir. İndi biz ciddi şəkildə icbari tibbi sığortanın birdəfəlik, yaxud bir neçə mərhələ olmaqla bütün Azərbaycanda həyata keçirmək üzərində düşünürük. Güman edirəm ki, hər iki variant məqbul sayıla bilər. Çalışacağıq ki, səhvə yol vermədən və səmərəli şəkildə çox yaxın illər ərzində Azərbaycanda icbari tibbi sığorta həyata keçirilsin".
MilliYol.Az
Digər xəbərlər
loading...