SOCAR 2018-ci ilin yanvar ayının 1-nə xarici aktivlərindən əldə etdiyi gəliri açıqlayıb
"APA-Economics"in "Ernst&Young" audit şirkəti tərəfindən aparılan SOCAR-ın konsolidasiya edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il şirkətin ölkə daxilindəki aktivlərindən əldə etdiyi gəlir 4,1% artaraq 5,3852 mlrd. manat olub.
2017-ci ildə SOCAR İsveçrədəki aktivlərindən 78,633 mlrd. manat gəlir əldə edib ki, bu da 2016-cı illə müqayisədə 94,5% artım deməkdir. “Şikət ötən il Türkiyədəki aktivlərindən 4,925 milyard manat, Birləşmiş Ərəb Əmirliklərindəki aktivlərdən 1,324 milyard manat, Gürcüstandakı aktivlərdən 1,185 milyard manat, digər ölkələrdəki aktivlərdən isə 1,122 milyard manat gəlir əldə edib. Ümumilikdə, 2017-ci ildə SOCAR ümumi gəlirlərini 78 faiz artıraraq 92,6 milyard manata çatdırıb,” – deyə hesabatda qeyd olunub.
MilliYol.Az
Digər xəbərlər
loading...