“Paradda nümayiş etdiriləcək silah və hərbi texnikalar erməniləri daha da qorxuya salacaq”
Bunu report-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Onun sözlərinə görə, Azərbaycan ordusunun arsenalında müasir silah və hərbi texnika var. Hərbi ekspert hesab edir ki, bunun sayəsində Ermənistanın işğalı altında olan torpaqları istənilən vaxt düşməndən təmizləmək mümkündür.
Ş.Ramaldanov bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçiriləcək parada hazırlıq işləri görülür: "Paradda həm Azərbaycanın İsraildən aldığı yeni hərbi texnikalar, həm də Azərbaycan Müdafiə Sənayesi Naziriliyinin hazırladığı silah-sursat, istehkam qurğuları nümayiş etdiriləcək. Hərbi paradda nümayiş etdiriləcək silah və hərbi texnikalar erməniləri daha da qorxuya salacaq. Ona görə də Ermənistan ictimaiyyəti baş verənlərdən nəticə çıxarmalı və hökuməti işğal altında saxladığı torpaqları sülh yolu ilə qaytarmağa məcbur etməlidir. Ermənistan hökuməti də çalışmalıdır ki, Azərbaycanın bu dağıdıcı silah və texnikaları işə salmağa məcbur etməsin".
Digər xəbərlər
loading...