Bazar ertəsi, 22 Oktyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Putin Əliyevə Paşinyanla tanışlığa işarə etdi


Rusiya Prezidenti Vladimir Putin düşünür ki, Moskvaya futbol üzrə dünya çempionatının açılışına gəlmiş Azərbaycan rəhbəri İlham Əliyev vaxtını maraqlı və səmərəli keçirəcək

Virtualaz.org Rusiya KİV-ə istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

"Ümid edirəm ki, Siz Moskvada vaxtınızı səmərəli və maraqlı keçirəcəksiniz. Maraqlı – onu nəzərdə tuturam ki, oyun gözəl olacaq, səmərəli - çünki başqa ölkələrdən sizin çoxlu həmkarlarınız gəlib və hamıyla danışmaq, kiminləsə görüşmək, tanış olmaq imkanı var", - deyə Kremldə keçirilən görüşün əvvəlində Rusiya dövlətinin başçısı Azərbaycan Prezidentinə müraciət edib. Putin əlavə edib ki, İ.Əliyev Moskvada MDB-dən olan həmkarları ilə onları maraqlandıran mövzuları müzakirə edə bilər.

İ.Əliyev 12 iyunda qeyd edilmiş Rusiya Günü və dünya çempionatına hazırlığın müvəffəqiyyətlə başa çatması münasibəti ilə Putini təbrik edib. "Dünyanın bu əsas idman hadisəsi, əminəm ki, çempionat özü uğurlu olacaq, bütün qonaqlar razı qalacaqlar", - deyə Azərbaycan Prezidenti vurğulayıb.

MilliYol.Az
Etiket:

loading...