“Həbs olunan Tuncay Vəliyev müğənni Aytac Bərdəlinin doğma qardaşı deyil. Ögeydirlər, münasibətləri yoxdur. Ona görə də ifaçı bu məsələ haqqında danışmaq istəmir”
Bu sözləri musavat.com saytına müğənninin köməkçisi deyib.
O, bildirib ki, müğənni məsələyə aidiyyatı olmadığı üçün mediaya açıqlama vermək istəmir: “Ötən il də xəbər yayılmışdı ki, Aytacın qardaşı qətl törədib. Amma yalan idi, sözügedən şəxs Aytac xanımın qardaşı deyildi. Tuncayla Aytac ata bir, ana ayrıdır. Doğma deyillər. Aytac xanım hazırda məşğuldur. Bu məsələyə aidiyyatı olmadığı üçün danışmaq istəmir. Daha sonra ətraflı açıqlama verəcək. Qanun hamı üçün qanundur”.
Qeyd edək ki, iyunun 7-də saat 3 radələrində Nəsimi rayonunun Ə.Topçubaşov küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Hüseynov bıçaqla qətlə yetirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tuncay Vəliyev saxlanılıb. Onun yaşadığı evdən narkotik vasitə olan heroin və ambunika aşkar edilərək, götürülüb.
Tuncay Vəliyev mərhum müğənni Vidadi Bərdəlinin oğludur. Tuncay bir müddət müğənni kimi də fəaliyyət göstərib. Onun ögey qardaşı Tural isə bir neçə il əvvəl Bərdədə qətl törətdiyinə görə həbs edilib.
MilliYol.Az
Digər xəbərlər
loading...