Ermənistanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) baş nazir Nikol Paşinyanla görüşüblər
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, görüşdə N. Paşinyan münaqişənin sülh yolu ilə həlli prosesində vasitəçilərin rolunun vacib olduğunu vurğulayıb və effektiv əməkdaşlığa ümid etdiyini deyib.
Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün bütün lazımi səyləri göstərəcəklərini bəyan ediblər.
Tərəflər prezidentlərin Vyana, Sankt-Peterburq və Cenevrə görüşlərində əldə edilmiş razılaşmalara əməl etməyin əhəmiyyətini vurğulayıblar.
Yeri gəlmişkən, həmsədrlər bundan əvvəl Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla da görüşüblər. Erməni nazir bildirib ki, bu səfər Ermənistanın yeni hökumətinin formalaşmasından sonra ilk dəfə birbaşa əlaqə yaratmaq imkanıdır.
Həmsədrlər erməni nazirə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz yanaşmalarını təqdim ediblər.
ATƏT-in Minsk qrupu həmsədrlərinin formatında növbəti addımlar müzakirə edilib.
MilliYol.Az
Digər xəbərlər
loading...