Ermənistan Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstələri Yerevan meriyasının binasında əməliyyat keçirirlər
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, əməliyyat "Yerevan" fondunun fəaliyyəti ilə bağlıdır. Xüsusi təyinatlıların fondun bütün sənədlərini müsadirə etdikləri bildirilir.
Ermənistanın təhsil və elm naziri Araik Harutyunyan isə "Facebook" səhifəsində yazıb ki, "Yerevan" fondunun ləğv edilməsi məsələsi ağsaqallar şurasının qarşıdakı iclasının gündəliyinə daxil edilib.
O da bildirilir ki, Arayik Harutyunyan və erməni parlamentinin deputatı Lena Nazaryan korrupsiya faktları ola biləcəyi ehtimalı ilə fondu məhkəməyə veriblər.
"Yerevan" fondu 2007-ci ildə qeydiyyata alınıb. Fondun Xeyriyyəçilər Şurasının sədri Yerevan şəhər meri Taron Marqaryandır. Şuranın üzvlərinin tərkibində şəhər merinin müavinləri, müşaviri, administrasiya katibi, meriyanın müxtəlif idarə rəisləri, eləcə də məclis üzvü var.
Əməliyyatın təfərrüatları barədə yaxın saatlarda məlumat veriləcəyi gözlənilir.
Xatırladaq ki, bir müddət əvvəl Yerevan meriyasında korrupsiya halları aşkar olunmuşdu. Yerevan sakinləri etiraz aksiyaları keçirərək mer Taron Marqaryanın istefa verməsini tələb etmişdilər.
MilliYol.Az
Digər xəbərlər
loading...