“Bu yola bir asfalt tökmürlər ki, camaat rahat gedib-gəlsin. Yağış yağanda burdan keçmək olmur. Elə bilərsən sel gəlir, əhali “lotka” ilə gedir
Qadın, qoca keçə bilmir, uşaqlar məktəbə gedə bilmir. Yəni, hələ indi yaxşıdır, qışda fəlakət olur”.
AzEuroNews.com-a yol problemindən belə şikayətlənirlər. Qəsəbənin yeni yaşayış massivində yenilikdən əsər-əlamət yoxdur.
Biləcəri ilə Rəsulzadə qəsəbələrinin arasında yerləşən, əsasən Biləcəri ərazisi sayılan bu massivdə onlarla ev tikilib.
Qamışlığın ətrafında tikilən bu evlərə gedən yollar isə çala-çuxur, kələ-kötür vəziyyətdədir.
Sakinlər Binəqədi rayon İcra Hakimiyyətinə və Biləcəri bələdiyyəsinə bir neçə dəfə şikayətə gediblər.
“15-20 nəfər toplaşıb şifahi və yazılı müraciət etmişik. Ancaq nə xeyri?! Bu yolun gününə baxın, qışda bataqlığa çevrilir”,-deyə Biləcəri sakinləri gileylənirlər.
Bataqlıq demişkən, qəsəbə camaatını ən çox narahat edən kanalizasiyadır. Onlar deyirlər ki, Məmmədoğullarına məxsus olan obyektlərin suyunu bu kanala tökürlər.
Nəticədə üfunət qoxusu bütün ətrafı bürüyür. Biz də çəkiliş apararkən dözülməz kanalizasiya qoxusunu hiss elədik.
Həmin obyektlər əsasən maşın ustalarının, dəmirçi, elektrikçi və s. işçilərin yeridir. Sakinlər bildirirlər ki, obyektlər Məmmədoğullarına aiddir və heç kəsin gücü bu kanalı bağlamağa çatmır.
“Burda başqa kanalizasiya yoxdur. Bu kanalizasiya xəstəlik yayır. Camaat arasında vərəm, xərçəng, malyariya, müxtəlif infeksion xəstəliklərin mənbəyidir.
Belə yaşayış olar? Burda ailələr, körpə uşaqlar yaşayır. Kanalı bağlamaq lazımdır. Bura ilan-qurbağa, siçovullarla doludur.
Mən özümü dəfələrlə ilan öldürmüşəm, siçovulları qırmaq üçün tez-tez dərman səpirəm.
O kanal həmin obyektlərdən başqa heç kəsə lazım deyil. Onların suyu bu kanala tökülür, xəstəlik, epidemiya yayılır.
Neçə dəfə icra hakimiyyətinə demişik ki, kanalı bağlasınlar. Amma Məmmədoğullarına bata bilmirlər”,-deyə Biləcəri sakinlərindən biri qeyd edir.
Qeyd edək ki, Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərovun dövründə bu problemlər həllini tapmayıb.
Sakinlər ümid edirlər ki, yeni icra başçısı Elxan Allahverdiyev Biləcərinin problemlərinə göz yummayacaq.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...