Bazar ertəsi, 15 Oktyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

DÇ-2018: Meksika millisinin heyətində dəyişiklik edilib


Futbol üzrə 2018-ci il dünya çempionatında iştirak edəcək Meksika millisinin heyətində dəyişiklik edilib

“Report” Meksika Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, dizaltı vətəri zədələndiyi üçün Dieqo Reyes heyətdən çıxarılıb. Portuqaliyanın “Portu” klubunun formasını geyinən 26 yaşlı müdafiəçini Meksika “Paçuka”sının yarımmüdafiəçisi Erik Qutyerres əvəzləyib.

Qeyd edək ki, mudialın oyunları 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək. F qrupunda yer alan Meksika millisi iyunun 17-də Moskvada Almaniya, iyunun 23-də Rostov-Donda Cənubi Koreya, iyunun 27-də isə Yekaterinburqda İsveçlə qarşılaşacaq.

MilliYol.Az
Etiket:

loading...