Bakı şəhərinin Binəqədi rayonu ərazisində ağır yol qəzası baş verib. Lent.az xəbər verir ki, Binəqədi-Balaxanı yolunda gecə saat 21 radələrində yolda sürətlə hərəkət edən 10 XR 009 dövlət qeydiyyat nişanlı “Range Rover” ilə 10 HF 590 nömrəli “Ford” toqquşub. Nəticədə “Range Rover” yanmağa başlayıb
“Ford”un 36 yaşlı sürücüsü və 25 yaşlı sərnişin aldıqları xəsarətlərdən vəfat edib.
Yanan avtomobili FHN-in əməkdaşları söndürüb.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb.
MilliYol.Az
Digər xəbərlər
loading...