«Belarusu Ermənistanla müqavilələr bağlayır, o Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür, bu isə Minskin üzərinə özünü müttəfiq kimi aparmaq öhdəliyi qoyur. Hazırkı vəziyyətdə isə Belarusun addımı onun öhdəliklərinə uyğun gəlmir”
MilliYol.Az APA-ya istinadən verdiyi xəbərə görə, bunu Ermənistan XİN rəhbərinin müavini Şavarş Koçaryan Belarusun Azərbaycana “Polonez” tipli raket kompleksləri satmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, söylənilənlər nəinki Belarus, həmçinin KTMT-nin digər üzvlərinə də aiddir.
Ermənistan XİN rəhbərinin müavininin fikrincə, müqavilədə KTMT-yə üzv olmayan ölkələrə silah satışını qadağan edən bənd olmasa da, təşkilat tərəfdaşlarının maraqlarına zərər vura biləcək bu cür addımları qadağan edən bilvasitə amillər var.
Şavarş Koçaryanın sözlərinə görə, problemin həlli yolu ölkənin özündədir: “Dövlətlər ilk növbədə öz maraqlarını rəhbər tutur. Bir ölkənin digərinin maraqlarını pozmaması üçün, sonuncunun daha nüfuzlu olması gərəkdir”.
Nazir müavini əlavə edib ki, Ermənistan nə qədər nüfuzlu, dünya üçün başa düşülən və qəbul edilən olarsa, digər ölkələrdən Yerevanın maraqlarına riayət etməsini bir o qədər tələb edə bilər.
MilliYol.Az
Digər xəbərlər
loading...