“Ekoloji qanunvericiliyi pozanlara görə müəyyən edilən cərimələrin miqdarı artırılmalıdır. Bununla bağlı ekologiya və təbii sərvətlər nazirinə də müraciət etmişəm”
Bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında vitse-spiker Valeh Ələsgərov deyib. V.Ələsgərov bu günlərdə Ceyranbatan su anbarına axıdılan tullantılara görə verilən cəzanın yetərli olmadığını diqqətə çatdırıb.
“Su anbarına tullantı axıdanlar 6550 manat məbləğində cərimə olundu. Milyonlar qazanan iki quruma görə bu cərimə nədir ki? Qanunu pozanlara görə verilən cəza yetərli olmayanda insanlar qanuna əməl etmək istəmir. Ona görə də cərimələr artırılmalıdır. Bu rəqəm az olduqca insanlara qanuna əməl etməkdə maraqlı olmayacaq”.
MilliYol.Az
Digər xəbərlər
loading...