İvan Danilov, Crimson Alter bloqunun müəllifi
RİA Novosti, 11.06.2018
Kanadanın La-Malbe şəhərində G7 sammitində baş verənləri seyr edərkən bu fikir adamdan əl çəkmir ki, Vladimir Putinin bəxti o mənada gətirib ki, bütün parametrlərilə haçansa çox nüfuzlu təşkilata daxil olan dövlətlərin başçılarının görüşünü deyil, amansız və çox eybəcər ailə dalaşını xatırladan bu tədbirə qatılmağı lazım gəlməyib.
Güman etmirəm ki, özgə ailənin dalaşının şahidi olmaqdan məmnunluq duyan adam tapılsın – özü də səbəbləri keçən əsrin dərinliklərinə varan köhnə incikliklərin və qarşılıqlı iddiaların üzə çıxarıldığı dalaşdan. Çoxsaylı jurnalistlərin iştirakı, habelə danışıq iştirakçılarının hər bir hərəkəti, bəyanatı və baxışının bir anda sosial şəbəkələrdə müzakirə və məzəmmətlər üçün bəhanəyə çevrilməsi bu dalaşa əlavə cazibədarlıq gətirib.
Hər şey – Makronun Trampın əlini möhkəm və kinli şəkildə sıxmağından qalan iz və baş “qırğı” Con Boltonun Angela Merkelə zillənmiş hərfi mənada nifrətə çalan baxışı – Amerika və ifadələrindən sıxılmayan, okeanın o tayındakı opponentlərini pərt etməyə çalışan Avropa siyasətçiləri, diplomatları, jurnalistləri və sosial şəbəkə istifadəçilərinin istehzalı şərhlərinə bəhanə olub. Qarşılıqlı Avropa-Amerika nifrəti hələ heç vaxt bu qədər açıq və əyani şəkildə sərgilənməyib.
İdeal qalmaqal mənzərəsinin tamamlanması Tramp və administrasiyasının iki misilsiz məqamı ilə qeyd olunub. Birincisi, Amerika prezidenti G7 sammitinin final bəyanatını imzalamaqdan imtina edib, Kanada liderinin Vaşinqtonun tələblərini yerinə yetirmək istəksizliyi üzündən Trampın ticari münasibətlər məsələsi üzrə müşaviri isə bildirib ki, Kanada baş naziri Tryudo üçün “cəhənnəmdə özəl bir yer var”.
Xarici siyasət üzrə nüfuzlu Amerika eksperti, “Eurasia Group” “beyin mərkəzi”nin qurucusu və patoloji rusxoflu Yan Bremmer yaranmış durumu kədərlə şərh edib. O, danışıqların xüsusən xoşagəlməz anının həkk olunduğu, Angela Merkel və Donald Trampın üzlərində isə qarşılıqlı kəskin nifrətin oxunduğu məşhur fotoşəkilləri Twitter-ə qoyub. Bremmer bu dərin simvolik şəkli “Bax, Qərb belə ititildi” adlandırıb. Qeyd etmək önəmlidir ki, bundan az gərgin atmosferin “oxunduğu” başqa fotoların olduğuna baxmayaraq, jurnalist və diplomalar cəmiyyətinin sammmitin simvolu kimi həmrəyliklə məhz bu fotonu seçməsi faktının özü bundan xəbər verir ki, Mariya Zaxarova “bağlı qapılar araxsında nə baş verdiyi mühüm deyil. Daha doğrusu, qapıların bağlı olması önəmli deyil. Bir kadr və pərdə qaldırılıb” yazanda haqlıydı.
Səciyyəvidir ki, Bolton həmincə şəkli başqa çalarda şərh edib: “Sadəcə, başqa ölkələrin ABŞ-ın həmişə onların bankı olacağını gözlədiyi daha bir G7 sammiti. Bu daha olmayacaq”.
Sezmək çətin deyil ki, iqtisadçıların, maliyyəçilərin və jurnalistlərin çoxu Boltona dərhal işarə edib ki, ABŞ-ın qalan bütün dünyaya münasibətdə davranışını istədiyin şeylə tutuşdura bilərsən, amma bankir davranışı ilə deyil. Heç olmasa, ona görə ki, ABŞ kreditor deyil, qalan dünyaya borclu olandır. Məsələn, sözügedən Yan Bremmer qeyd edib ki, Trampın müşaviri faktiki olaraq əsas dünya valyutası kimi ABŞ dollarının statusunu ləğv etməyə çağırıb.
Bütün bu sitatlar bunu göstərmək üçün önəmlidir: “kollektiv” Qərbin qalmaqallı boşanmayla tutuşdurulması mümkün sərt daxili münaqişə durumunda olması haqda diskussiyalar “Kreml təbliğatının mifi” deyil, Atlantikanın hər iki tayında fəal müzakirə edilən acı gerçəklikdir.
Qəribədir ki, hətta bu son dərəcə Qərb münaqişəsində çoxları yenə də Putinin haçansa bəxtiyar Avropa-Amerika münasibətlərinə düşən kölgəsini görməyə çəhd edirlər. Avropa parlamentinin “Liberallar və demokratlar Avropa uğrunda” fraksiyasının rəhbəri Gi Verhofstadt Twitter-də kinayə ilə yazıb ki, G7 danışıqlarının məşhur fotoşəklində Trampa sual müzakirə olunub: “Bizə de, Vladimirdə (Putində-red.) sənin haqqında hansı biabırçı material var, bəlkə, biz yardım edə bilərik?”
Çətin ki, zarafatı uğurlu saymaq olar (və bunun zarafat olduğu fakt deyil), amma əvəzində dəqiq demək mümkündür ki, Qərbin indiki böhranında Putinin barmağını görənlərə artıq heç kim və heç nə yardım edə bilməz. Bu paranoyya artıq islaholunmazdır.
Donald Trampın Rusiyanı beynəlxalq əməkdaşlığın bu formatına qaytarmaq haqda təklifi “yeddilik” sammitinin birmənalı iflası kontekstində xatırlamağına və bu təklifi birmənalı kinli trollinq, özü də Rusiyanın deyil, Vaşinqtonun məhz “avropalı tərəfdaşları”nın trollinqi kimi təsnif etməyinə dəyər.
Amerika prezidentinin sammitin özündə və ondan sonrakı davranışına əsasən, o, hər şeyi etməyə hazır idi ki, sərgiləsin: “altılıq” (yəni onun siyasətinə qarşı qiyam edən ölkələrin liderləri) heç nəyə dəymir və bu mənada Rusiya liderinə ünvanlanan “masa arxasına dəvət” höcət “müttəfiqlərin” əhliləşdirilməsi üzrə proqramın zəruri ünsürü idi. İdeya puça çıxdı, lakin görünür, Tramp başqa bir şey gözləmirdi də.
Rusiya prezidentinin qatıldığı və Çinin Sindao şəhərində keçirilən başqa bir sammitdən xəbər və fotoşəkillər Qərb auditoriyası üçün G7 sammitindən məyusluq hissinə xüsusi kəskinlik verib.
Qərb KİV-ləri bu yaxınlara qədər G7-dən fərqli olaraq ümumi dəyərlərin birləşdirmədiyi və ümumi maraqların sıxlaşdırmadığı ŞƏT haqda süni qurum kimi kinayə ilə yazmağı çox sevirdi.
Praktikada məlum olub ki, “yeddilik”, əslində, ümumi dəyərlərin ayırdığı, hətta yekun bəyannaməsi qəbul edə bilməyən bir təşkilatdır. ŞƏT isə maraqları müxtəlif ölkələrin xarici siyasətinin uyğunlaşdırılması üzrə çevik və tamamilə işqabiliyyətli bir mexanizmdir və ŞƏT məhz buna görə, heç olmasa, öz sammitinin yekun bəyannaməsi üzrə vahid mövqeyə gələ bilib. Hətta ŞƏT ölkələri təşkilata “yeni gələn” Hindistan və Pakistan daxil olmaqla yekun bəyannaməsinə Vaşinqton üçün olduqca xoşagəlməz “valyuta bəndi” daxil edərək təşkilatın ticarət və yatırım fəaliyyətində milli valyutaların həcminin genişləndirilməsinə hədəflənməni göstərib. Faktiki olaraq adi tonda Avrasiyanın dollarsızlaşdırılmasına hədəflənən kurs bəyan olunub, lakin Vaşinqtonun başı özünün avropalı və amerikalı müttəfiqlərilə haqq-hesab çürütməyə o qədər qarışıb ki, hətta bu açıq çağırışa gərəyincə cavab verməyə vaxtı yoxdur.
Təəssüf ki, Rusiyanın müəyyən dairələrində indiyədək Rusiyanın “seçkin G7 klubu”ndan çıxdaşını qınamaq yaxşı əda əlaməti sayılır. Bu ənənəylə vidalaşmağın vaxtıdır. Yad ailənin dalaşında önəmsiz rol almaqdansa varlı, qorunan və okeanarxası təsirdən qurtulmuş Avrasiya qurmaq xeyli maraqlı və əlverişlidir.
MilliYol.Az
Digər xəbərlər
loading...