Saatlı rayonunda pambıq tarlasında kimyəvi dərmandan zəhərlənərək xəstəxanaya yerləşdirilən 20 nəfər evə buraxılıb
Bu barədə Trend-ə Saatlı rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Adəm Əliyev məlumat verib.
Baş həkimin müavini bildirib ki, dünən gün ərzində həmin xəstələrin vəziyyəti tam qənaətbəxş olduğu üçün stasionar müalicədən ambulator müalicəyə buraxılıblar: "Gün ərzində xəstələr təkrar müayinə olundular, vəziyyətləri tam yaxşı olduğu üçün evə yazıldılar. Zəhərlənənlərdən 4 nəfər hazırda Bakıdadır. Onların da vəziyyətləri normaldır".
Qeyd edək ki, iyunun 10-da axşam saatlarında Saatlı rayonunun Sımada kəndi ərazisində pambıq tarlasında işləyən şəxslər arasında kütləvi zəhərlənmə qeydə alınıb. Hadisə nəticəsində 20 nəfər Saatlı rayon Mərkəzi Xəstəxanasına, 4 nəfər isə Bakıya-Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilmişdi.
MilliYol.Az
Digər xəbərlər
loading...