Azərbaycanın “İnformasiya əldə etmək haqqında” qanununa dəyişiklik olunur
Qanunun 30-cu (İnformasiyanın açıqlanması üsulları) maddəsinə edilən əlavəyə əsasən, büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin büdcədənkənar dövlət fondlarının səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqında məlumatların, o cümlədən dövlət büdcəsindən verilmiş vəsait və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan təsdiq edir.
Dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iyunun 13-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...