Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi prezidentinin "Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında” sərəncamı rəsmi mediada dərc olunub. MilliYol.Az sərəncamı təqdim edir:
Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərini Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədi ilə,
1.XXXI Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:
1.1.birinci yer tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;
1.2.ikinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat;
1.3.üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat.
2. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin maliyyə idarəsi sərəncamdan irəli gələn məsələləri həll etsin.
Qeyd edək ki, medal qazanmış idmançılarımız dövlət tərəfindən də mükafatlandırılacaq. Prezident İlham Əliyev bununla bağlı iyulun 18 sərəncam imzalayıb. Olimpiya mükafatçıları və məşqçiləri üçün aşağıdakı qaydada mükafat müəyyənləşdirilib.
1. XXXI Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:
1.1. birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat;
1.2. ikinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;
1.3. üçüncü yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat.
MilliYol.Az
Digər xəbərlər
loading...