Sabah Sinqapurda keçiriləcək tarixdəki ilk ABŞ-Şimali Koreya sammiti bu ölkələrin liderləri – Donald Trampla Kim Çen Inın yalnız tərcüməçilərin iştirak edəcəyi təkbətək görüşü ilə başlayacaq
Bu barədə Ağ Ev məlumat yayıb. Qeyd olunur ki, Trampla Çen Inın görüşü Sinqapur vaxtı ilə səhər saat 09:00-da olacaq. Təkbətək görüşdən sonra keçiriləcək geniş tərkibli görüşdə isə ABŞ tərəfindən dövlət katibi Mayk Pompeo, Ağ Ev Aparatının rəhbəri Con Kelli və Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton da iştirak edəcəklər.
İşçi nahara Ağ Evin sözçüsü Sara Sanders, ABŞ-ın Filippindəki səfiri Sun Kim və Milli Təhlükəsizlik Şurasında Asiya üzrə baş direktor Mett Pottinqer də qatılacaqlar.
Qeyd edək ki, sabah Sinqapurdakı ABŞ-Şimali Koreya ikitərəfli sammitinin başlıca mövzusu Koreya yarımadasında sülhə nail olmaq və Şimali Koreyanın nüvəsizləşdirilməsidir. Sinqapur görüşünə hazırlıq mərhələsində Pxenyan Vaşinqtondan tələb etmişdi ki, sammitdə ABŞ-la diplomatik əlaqələr qurulması və sanksiyaların aradan götürülməsinə dair razılıq əldə olunmalıdır. ABŞ prezidenti Donald Tramp isə görüşün uğurlu keçəcəyi təqdirdə, Pxenyanla sülh müqaviləsi imzalanacağını istisna etməyib.(azvision.az)
Digər xəbərlər
loading...