Prezident Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının yeni tərkibini təsdiqləyib
Prezident İlham Əliyev “Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 1876 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sərəncamla Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:
“Komissiyanın həmsədri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası energetika nazirinin müavini
Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri.”.
Azərbaycan Xarici İşlər Nazirliyinə dəyişiklik barədə Çin Xalq Respublikası tərəfinə bildiriş göndərməsi tapşırılıb.
Digər xəbərlər
loading...