"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti avtobusla sərnişindaşıma üçün bilet alışı üzrə vahid elektron sistemin tətbiqini planlaşdırılır"
Bunu Dövlət Xidmətinin rəisi Həbib Həsənov qurumun fəaliyyətinin yeni konsepsiyasının təqdimatında deyib.
H.Həsənov bildirib ki, ölkədə avtovağzal və avtostansiya şəbəkəsinin genişləndirilməsi və infrastrukturun təkmilləşdirilməsi üzrə kompleks tədbirlər aparılır:
"Bakı Beynəlxalq Avtovağzal Kompleksində avtobuslar, minik avtomobilləri və taksilərin daha təhlükəsiz, rahat və nəzarət olunan hərəkətinin təmin edilməsi üçün yenidənqurma işləri görülür. Diqqət mərkəzində olan əsas məsələlər şəhərlərarası daşıma üçün dispetçer mərkəzinin yaradılması, həmçinin bilet satışı üzrə vahid elektron sistemin tətbiqi və onun digər nəqliyyat vasitələrinə bilet satışı sistemi ilə inteqrasiyasıdır".
Xidmtə rəisi qeyd edib ki, eyni zamanda şəhərlərarası və beynəlxalq avtobusların "avtovağzaldan avtovağzala" prinsipi ilə hərəkətinin təmin edilməsi üçün təkliflər zərfi də hazırlanır:
"Bu tələbata uyğun olaraq Bakıda müxtəlif yerlərdə avtostansiyaların yaradılması işləri gedir". (trend)
Digər xəbərlər
loading...