Ukrayna prezidenti Pyotr Poroşenko birbaşa canlı yayımda ölkədə Antikorrupsiya üzrə Ali Məhkəmənin yaradılmasına dair qanunu imzalayıb
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu qanun 7 iyunda Ukrayna Ali Radasının (parlamentin – red.) yekun oxunuşunda qəbul olunub. 450 nəfərlik Ali Radanın 315 deputatı qanun layihəsinin lehinə səs verib.
Antikorrupsiya məhkəməsinin yaradılması Ukraynaya növbəti kredit paketinin verilməsi üçün Beynəlxalq Valyuta Fondunun Kiyev qarşısında qoyduğu əsas tələblərdən biridir. Dövlət borclarını ödəmək üçün Fondun verəcəyi pullara Ukraynanın böyük ehtiyacı var.
Qeyd edək ki, Avropa İttifaqı Ukraynadakı islahatların arzuolunan istiqamətdə getmədiyinə dair dəfələrlə bəyanat verib. Kiyevin Brüsselin istədiyi islahat kursundan yayınmasına isə Poroşenkonun oliqarx ətrafı və biznesmen siyasətçilər mane olurdular. Nəticədə Maydan hadisələrindən sonra İttifaqın Ukraynaya milyardlarla maliyyə yardımı etməsinə baxmayaraq, ölkənin iqtisadi vəziyyətində ciddi irəliləyişlər olmadı və korrupsiya halları çoxaldı. Bu mənada, Antikorrupsiya üzrə Ali Məhkəmə vəzifəli şəxslərin törətdiyi korrupsiya cinayətləri üzrə işlərə baxacaq.
Digər xəbərlər
loading...