Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 10-da keçirilən I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri ) sonuncu sınaq imtahanının nəticələrini açıqlayıb
DİM-dən verilən məlumata görə, sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 5252 abituriyentdən 164 nəfəri imtahana gəlməyib.
İmtahan qaydalarına zidd hərəkətlərə yol verdiyi üçün 2 abituriyent imtahandan xaric olunub.
İmtahan nəticələrini mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar.
Xatırladaq ki, yaxın günlərdə abituriyentlər, həmçinin müəllimlər, ekspertlər, valideynlər sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.
Digər xəbərlər
loading...