“Azpetrol” şirkətinin səhmlərinin Türkiyəli iş adamı, “Demirören Holding”in qurucusu və direktorlar şurasının rəhbəri mərhum Erdoğan Dəmirörən tərəfindən alındığı ilə bağlı Türkiyə mətbuatının iddiaları təkzib olunub
“Azpetrol” şirkətinin bununla bağlı “AzPolitika”nın elektron poçtuna daxil olan təkzibində deyilir:
“Son bir neçə gündə bəzi saytlar “Azpetrol” şirkətinin səhmlərinin Türkiyəli iş adamı, “Demirören Holding”in qurucusu və direktorlar şurasının rəhbəri mərhum Erdoğan Dəmirörən tərəfindən alındığı iddia edilən əsası olmayan məlumatlar yayıblar. “Azpetrol” şirkəti olaraq bəyan edirik ki, bu məlumatlar həqiqəti əks etdirmir və “Azpetrol”un səhmləri mərhum Erdoğan Dəmirörən tərəfindən alınmayıb”.
Xatırladaq ki, Türkiyə mediası bugünlərdə vəfat edən Erdoğan Demirörənin Azərbaycanda da yatırımları olduğunu, onun “Azpetrol” şirkətini və Azərbaycanın ən iri metallurgiya zavodlarından olan “Azərelektroterm”i aldığını yazır.
MilliYol.Az
Digər xəbərlər
loading...