Nikaraquada apreldən bəri davam edən aksiyalarda ölü sayı 135-ə çatıb
“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, nümayişçilərin ölkənin əsas magistrallarını bağlaması səbəbindən digər ölkələrə yük daşıyan 6 mindən çox avtomobil yolda qalıb.
Hazırda 70 fərqli yerdə yollara barrikadalar qurulub. Ölkə rəsmiləri qonşu ölkələrə çağırış edərək yük maşınlarını müvəqqəti olaraq göndərməmələrini xahiş ediblər.
Aksiyalar bu ayın sonuna qədər davam edərsə, ölkə iqtisadiyyatına 404 milyon dollar ziyan dəyəcəyi açıqlanıb.
Digər xəbərlər
loading...