Şimali Koreya lideri Kim Çen İnlə ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək sammit Sinqapura 20 milyon dollara başa gələcək
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin baş naziri Li Syanlun bildirib.
O qeyd edib ki, bu vəsait Sinqapurun beynəlxalq əməkdaşlığın güclənməsinə töhfəsidir və bu, ölkənin marağındadır.
“Biz bu xərci qaşılamağa hazırıq”, deyən baş nazir əlavə edib ki, vəsaitin təxminən yarısı təhlükəsizliyinin təmin edilməsinə sərf olunacaq.
Li Сyanlun onu da bildirib ki, sammit Sinqapura fayda gətrirəcək:
“Bu, beynəlxalq ictimiyyətin diqqətini bizim ölkəyə yönəldəcək. Görüşün Sinqapurda keçirilməsini biz xahiş etməmişik. Bizdən xahiş etdilər, biz də razılaşdıq”.
Digər xəbərlər
loading...