Şabranda iki polis əməkdaşı xidmətdə olarkən döyülüb. Hadisə Şabran şəhərində qeydə alınıb.
Şabran Rayon Polis Şöbəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları Elçin Sadıqov və Savalan Məhərrəmov şəhər ərazisində xidmətdə olarkən sərxoş vəziyyətdə olan Siyəzən rayon sakini Musa Hüseynov tərəfindən döyülüblər. M. Hüseynov hər iki polis əməkdaşına xəsarət yetirib.
M. Hüseynov saxlanılıb.
Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.(APA)
MilliYol.Az
Digər xəbərlər
loading...