Abşeronda oğurluq hadisəsi baş verib
Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhərindəki evlərin birindən 3000 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nəcməddin Əlizadə saxlanılıb.
İstintaqa ifadə verən Nəcməddin Əlizadə törətdiyi cinayəti etiraf edib. O, bildirib ki, oğurluq etdiyi ev sahibi onun sevdiyi qızın ailəsi olub.
Əlizadə bildirib ki, sevdiyi qızla görüşə gəlib və bu zaman qızla mübahisə edib. Sonar o, evdən pulu götürərək gedib.
Faktla bağlı cinayət işi başlanıb. (teleqraf.com)
Digər xəbərlər
loading...