Göyərtəsində Şimali Koreya lideri Kim Çenin Inın olduğu güman edilən “Air China” aviakompaniyasının təyyarəsi uçuş zamanı istiqamətini və reysin nömrəsini dəyişib
Bu barədə Cənubi Koreyanın “Rönhap” agentliyi məlumat yayıb.
Agentliyin bildirdiyinə görə, “Boeing-747” layneri Pxenyandan CA122 marşrutu üzrə Pekinə yollansa da, havada ikən reysin nömrəsini CA61-ə dəyişərək Sinqapura yollanıb.
Təyyarədə Şimali Koreya liderinin olub-olmaması məlum deyil, ancaq Kim Çen Inın ABŞ prezidenti Donald Trampla görüşə bu şəkildə yollandığı dəqiqdir.
Qeyd edək ki, iki ölkə liderinin görüşü iyunun 12-si Sentosa adasında yerləşən "Capella" otelində baş tutacaq.
Virtualaz.org onu da xatırladır ki, "Air Koryo" aviaşirkətinin İl-76 yük təyyarəsi bir az əvvəl Sinqapurun "Çanqi" beynəlxalq hava limanında eniş edib.
Təyyarə Sinqapura Koreya Xalq Demokratik Respublikanın lideri Kim Çen Inın şəxsi avtomobillərini gətirib.(virtualaz.org)
Digər xəbərlər
loading...