İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına (BHFP) göstərilən dəstəyə görə Rusiyaya və Çinə minnətdardır və Moskva ilə Pekinin səylərini alqışlayır
Trend-in məlumatına görə, bunu İranın prezidenti Həsən Ruhani Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçıları şurasının geniş tərkibli iclasında çıxış edərkən deyib.
H.Ruhani bildirib: "Mən BHFP-yə dəstəyə görə Rusiya və Çinə təşəkkür etmək istərdim, mən sizin səylərinizi alqışlayıram".
İran prezidenti vurğulayıb ki, ABŞ-ın digər ölkələrə öz siyasətini yeritmək səyləri - hamı üçün təhlükədir: "Belə birtərəfli yanaşma nümunəsi bu yaxınlarda ABŞ-ın İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planından çıxmasıdır. Halbuki İran BHFP çərçivəsində bütün öhdəliklərini yerinə yetirib və MAQATE 11 məruzəsində bildirib ki, İran nüvə sazişinin bütün şərtlərinə tam əməl edir".
H.Ruhani xüsusi vurğulayıb ki, nüvə sazişinin bütün tərəfləri BHFP-yə uyğun olaraq üzərinə götürdüyü bütün öhdəliklərin həyata keçirilməsinə görə cavabdehdir.
Digər xəbərlər
loading...