“Rusiya və rəsmi Tehran ABŞ-ın İranın nüvə proqramı üzrə razılaşmasından birtərəfli qaydada çıxması ilə bağlı daha ciddi dialoq qurmalıdır”
APA “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Rusiya prezidenti Vladimir Putin ilə görüş zamanı deyib.
“ABŞ-ın qanunsuz olaraq bu razılaşmadan çıxmasına gəlincə, bununla bağlı ölkələrimiz arasında daha ciddi və daha mühüm dialoqa tələb olunur”, – deyə H.Ruhani vurğulayıb.
H.Ruhani qeyd edib ki, Rusiya Federasiyası nüvə razılaşmasının icra olunmasında çox mühüm və konstruktiv rol oynayıb.
Digər xəbərlər
loading...