Misirin “El-Hayat” kanalında yayımlanan “Ebu Ömer el-Mısriyye” adlı məşhur serial bu dəfə Türkiyəni hədəf alıb
“Qafqazinfo” xəbər verir ki, ekran işində prezident Rəcəb Tayyip Ərdoğan barəsində qalmaqallı fikir səsləndirilib.
Serialda Ərdoğanın terrora dəstək verdiyi iddiaları etirazlara səbəb olub. Belə ki, Türkiyə KİV-lərində sərt materiallar dərc edilib, serialı ərsəyə gətirən heyət tənqid olunub.
Qeyd edək ki, həmin layihənin may ayında yayımlanan bölümündə sudanlılar terrorçu kimi təqdim edilmiş, Sudan Xarici işlər nazirinin sözçüsü Gariballah el-Hadır onların bu qalmaqallı addımına etiraz etmişdi.
Digər xəbərlər
loading...