“Böyük yeddilər” bu gün Şimali Koreya, İran və Suriya məsələlərini müzakirə edəcəklər
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampla ikitərəfli görüşün nəticələrinə dair açıqlama verən Fransa prezidenti Emmanuel Makron bildirib.
"Bu gün bizim Şimali Koreya ilə bağlı (sizin Sinqapurda bu məsələ ilə bağlı çox vacib görüşünüz olacaq), Suriya və İranla əlaqədar qrup diskussiyamız olacaq", - deyə Fransa lideri Trampa xitab edib.
Makron qeyd edib ki, ABŞ və Fransanın ticarət məsələlərində kritik ziddiyyət mövcuddur. Lakin bütünlüklə inkişafa doğru yol var.
"Bizim birbaşa və çox açıq diskussiyamız oldu. Və mən bütün tərəflərin xalqlarımız, fəhlələr və orta təbəqə üçün məğlubiyyətsiz çıxış yolu üçün güzəşt tapmaq hazırlığını gördüm", - deyə Ağ Ev prezident Makrondan sitat gətirib.
Digər xəbərlər
loading...