Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi bəyan edib ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) polad və alüminium idxalına tətbiq etdiyi rüsumlara cavab olaraq, ölkəsi Amerika şirkətlərinə yönəlik antidempinq araşdırmalarına başlayacaq
Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun bəyan etdiyi kimi, Vaşinqton polad və alüminium idxalına ticarət rüsumu tətbiq edəndən sonra, Ankara cavab tədbirləri görməyə hazırdır.
Məlumat üçün bildirək ki, Türkiyə polad istehsalı həcminə görə, dünyada səkkizinci, bu məhsulun ABŞ-a ixracına görə isə altıncı yeri tutur.
«ABŞ bizim məhsullarımıza necə baxırsa, biz də onların məhsullarına elə baxacağıq. Biz, ABŞ şirkətlərinə qarşı antidempinq araşdırmaları prosesinə başlamaq üzərində işləyirik – bu prosesi bir neçə gün ərzində işə salacağıq» – deyə, Zeybəkçi Dənizli əyalətindəki çıxışı zamanı bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...