Son günlər bir neçə icra başçısı vəzifəsindən azad edilir və bunun aradının gələcəyi bildirilir
Bu prosesləri prezident seçkilərindən sonra həyata keçirilən islahatların tərkib hissəsi hesab etmək olar.
Minval.info dünən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən uzaqlaşdırılan Raqub Məmmədov haqqında bəhs edəcək.
Belə ki, mətbuatda onun qanunsuz əməlləri barədə kifayət qədər yazılar dərc olunub. Məsələn, bir müddət öncə sabiq başçı qardaşı Şahin Məmmədovun oğlunun törətdiyi avtoqəzanın üstünü ört-basdır edib. Hadisəyə gəlincə, “Uğur” MMC adlı tender şirkətinin adına alınmış 02 AA 020 dövlət nömrə nişanlı “Prado” markalı avtomobillə Mingəçevirdən gələrkən Bərdə-Ağdam yolunun Bərdənin Soğanverdi kəndi ərazisindən keçən hissəsində ağır qəzaya səbəb olub. Şahidlərin sözlərinə görə, başçının qardaşı oğlu tərəfindən idarə olunan avtomobil yüksək sürətlə hərəkət edib. Qəza nəticəsində bir neçə nəfər xəsarət alıb. Amma onun qardaşı oğlu Raqub Allahverdiyevin “zəhməti” və “əziyyəti” sayəsində məsuliyyətdən yayına bilib.
Digər məlumatlarda qeyd olunur ki, sabiq başçıya məxsus Ağdamda restoran və yanacaqdoldurma obyekti var. Gülüş doğuran məqamlardan bir isə idarə müdirlərinə tapşırılıb ki, məhz həmin yanacaqdoldurma məntəqəsindən benzin alınsın. Bundan əlavə, Raqub Məmmədovun Ağdama icra başçısı təyin olunduqdan sonra rayonunun bir çox sahələrində vəziyyətin acənacaqlı duruma düşdüyü söylənilir.
Sakinlərin sözlərinə görə, o vaxtdan bəri Ağdamın təhsil sahəsi də faciəli günlərini yaşayıb. Belə ki, vaxtaşırı məktəblərdən müxtəlif bəhanələrlə pulların yığılması, məktəb direktorlarının şantaj edilərək vəzifəsindən uzaqlaşdırılması kimi hallar rayonun təhsilini “bazara” çevirib. Hətta iddialara görə, Raqub Məmmədov məhz sabiq MTN rəhbəri Eldar Mahmudovun köməkliyi ilə rayona icra başçısı təyin olunub. Bundan sui-istifadə edən icra başçısı işlədiyi müddətdə idarə-müəssisə başçılarının telefon danışıqlarını dinlətdirərək onlardan külli miqdarda pul alıb.
Raqub Məmmədov dövlət tərəfindən rayonunun abadlıq işləri üçün ayrılan pulları da mənimsənilməsində böyük rolu olub. O, öz yaxınlarına uşaqlıq dostuna və xalası oğluna məxsus şirkətlərə 400 min manat vəsait ayırıb və bu vəsaitin böyük hissəsi təyinatı üzrə xərclənməyib.
Sabiq icra başçısının dövründə DSMF-nin Ağdam rayon şöbəsinin iş prinsiplərinin tamamilə korrupsiya və rüşvətxorluq üzərində qurulduğu barədə də məlumatlar yayılıb. Belə ki, şöbədə heç bir sənədə və iqtisadi göstəriciyə əsaslanmadan ödənişlərin tətbiq edilməsi, əhaliyə zəhmli məktubların göndərilməsi, cərimə sanksiyalarının tətbiq olunması adi hala çevrilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən, Azərbacanın eks-prezidenti Ayaz Mütəllibovun Moskvada mətbuat katibi olmuş Teylor İbrahimovun cinayət işi üzrə məhkəməsində də onun adı hallanıb. Ağdam rayon İcra Hakimiyyətinin sabiq başçısı Raqub Məmmədov bu iş üzrə istintaqda şahid kimi dindirilib və onun da növbəti proseslərdə məhkəmədə iştirakı və ifadə verməsi təmin edilib. Lakin o, məhkəmə prosesinə gəlməyib.
Habelə, Raqub Məmmədov sahibkarların gününü qara etməyi ilə tanınıb.
Qeyd olunanlar hələ keşmiş icra başçısının üzdə olan əməlləridir və ən azından bunlar araşdırılarsa onu həbs gözləyir. Raqub Məmmədovun işdən uzaqlaşdırıldıqdan sonra “bu mənim üçün şərəfdir” deməsi də şübhəsiz ki, gizlinlərinin ortaya çıxması qorxusundan qaynaqlanır.
Məqalədə dərc edilən məlumatlar yerli mətbuat orqanlarından əldə edilib.
Digər xəbərlər
loading...