Qubadlı rayon icra hakimiyyəti başçısının müavini Allahverdi Sərxanlının oğlu Səbuhi Sərxanlı 2016-cı il, yanvarın 29-u qəza törədib.
Belə ki, Səbuhi Sərxanlı yol hərəkəti qaydalarını kobud şəkildə pozmuş və qırmızı işıqda keçərək idarə etdiyi 50-CM -090 dövlət nömrə nişanlı "Prado" markalı avtomobillə Masallı rayon sakini Maqqamov Suxrab-ın idarə etdiyi 44-BT-140 nömrəli “Mercedes” maşınını vurub.
Qəza nəticəsində Maqqamov Suxrab-ın idarə etdiyi “Mercedes” maşınına ciddi ziyan dəyib. Qəza baş verəndən az sonra Səbuhi Sərxanlının atası-Qubadlı rayon icra hakimiyyəti başçısının müavini Allahverdi Sərxanlı hadisə yerinə gəlib və Maqqamov Suxrabı əmin edib ki,ona dəyən ziyanı tam ödəyəcək. Maqqamov Suxrab da buna inanıb.
Lakin Allahverdi Sərxanlı 2 gün sonra Maqqamov Suxraba deyib ki,”get hara istəyirsən şikayət et,mən sənə heç nə verməyəcəm”. Hadisə rəsmiləşəndən və hadisə ilə bağlı protokol tərtib ediləndən sonra yol polisindən zərərçəkmişə bilıdiriblər ki,qəzada günahkar o özüdür.
Bu ədalətsizliyi görəndən sonra isə zərərçəkmiş vətəndaşın şikayət etmədiyi yer qalmayıb ,amma məsələ öz müsbəthəllini tapmayıb. Bu cür haqsızlıqla üzləşən Maqqamov Suxrab BTV vasitəsilə ölkə başçısı İlham Əliyevə, daxili işlər naziri Ramil Usubova, baş prokuror Zakir Qaralova şikayətlə müraciət edib.Yaxın saatlarda BTV əməkdaşlarının sürücü Maqqamov Suxrabdan aldığı geniş müsahibəni izləyicilərimizə təqdim edəcəyik. (bolgexeber.com)
MilliYol.Az
Digər xəbərlər
loading...