İranda “Qüds günü”nün şərəfinə (Hər il Ramazan ayının sonuncu cümə günü keçirilir, İsrailin Fələstini işğal etməsi qınanır) kütləvi antiisrail nümayişləri keçirilib
“Qafqazinfo” İran KİV-nə istinadən xəbər verir ki, nümayişlər ölkənin 900-dan çox şəhərində baş tutub. Nümayişçilər İsrailin Fələstinə qarşı atdığı addımları qınayan şüarlar səsləndiriblər.
Nümayişi 5 mindən çox fotoqraf və jurnalist, həmçinin 150 əcnəbi KİV nümayəndəsi işıqlandırıb.
Qeyd edək ki, Qüds günü ilk olaraq 1979-cu ildə İranda qeyd edilməyə başlanılıb. Bir sıra ərəb ölkələrində də həmin gün nümayişlərlə müşayiət edilir.
Digər xəbərlər
loading...